Xırdalanda binada baş verən yanğın söndürülüb

23:38 10.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonu, Xırdalan şəhərində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, nazirliyin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın şaxtasında baş vermiş yanğını mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 15 mərtəbəli yaşayış binasının 9 və 10-cu mərtəbələrarası şaxtadan keçən naqillər 3 p.m. yanıb. Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 4-ü uşaq olmaqla 12 nəfər bina sakini təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.