Yazını böyüt
Yazını kiçilt
İrəvanda Xocalı canisi, terrorçu eks-prezident Robert Köçəryanın məhkəmə prosesi davam edir.
Məhkəmənin növbəti iclasında hakim Sarkis Petrosyanla R. Köçəryan arasında şifahi mübahisə yaranıb.
Hafta.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
“Köçəryan və başqaları” işi üzrə keçirilən prosesdə hakimin Köçəryanın “kobud” sözü işlətməsindən xoşu gəlməyib və o, xəbərdarlıq edib. Xocalı canisinin vəkili Aram Vardevanyan etiraz edib, çünki sözün konkret ünvanı olmayıb.
Qısa müddətdən sonra hakim bu dəfə də müdafiəçilərdən birinin istehzalı təbəssümü ilə yenidən inciyib.