Ermənilər Qarabağdan könüllü olaraq getdikdən sonra "Artsax Təhlükəsizlik Şurasının" keçmiş katibi, Xocalı qatili Vitali Balasanyan Ermənistana gedib və bəzi qohumları ilə birlikdə antikorrupsiya komitəsinə dəvət olunub.
Hafta.az "24News"a istinadla bildirir ki, onlar Balasanyan və onun ətrafındakılardan Həkəri körpüsünü necə keçdiklərini öyrənməyə çalışıblar, lakin ən çox hüquq-mühafizə orqanları onların siyasi proseslərdə iştirak edib-etməyəcəyi ilə maraqlanıb.
Bir neçə sorğu-sualdan sonra Balasanyan Ermənistanın baş naziri Nikol Paşinyanla dolayı əlaqəyə girib və bildirib ki, o, hakimiyyətin dəyişdirilməsi prosesində iştirak etmək niyyətində deyil və siyasi proseslərdə iştirak etmək niyyətində deyil.
Sayt həmçinin qeyd edir: “Bu dolayı söhbətdən sonra Balasanyan və onun qohumları artıq prosesi həyata keçirən orqana dəvət olunmayıb. Odur ki, Balasanyan Ermənistana gəldikdən sonra bir dənə də olsun ictimai bəyanatla çıxış etməyib.
Balasanyanın Ermənistana gəlişinin bəzi şərtlərindən də xəbərdar olduq. O cümlədən, Balasanyan sentyabrın 28-də Xankəndini tərk edərək Həkəri körpüsünə yollanıb.
Lakin 24News-a verilən məlumata görə, Balasanyan Stepanakerti (Xankəndi) tərk edən kimi onun hərəkətinin Azərbaycanın yaratdığı keçid məntəqəsində artıq məlum olmasından xəbər tutub. Bununla əlaqədar olaraq Balasanyan maşından düşərək dağ yolları ilə getməyə məcbur olub, nəticədə Ermənistana yalnız oktyabrın ilk ongünlüyündə çata bilib”.