Xocalı soyqırımı kimi faciələr unudula bilməz - Mehriban Əliyeva

09:31 26.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın I Vitse-Prezidenti Mehriban Əliyeva sosial şəbəkələrdə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib.

Hafta.az xəbər verir ki, paylaşımda deyilir:

“Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.