Xocavənddə narkotik plantasiyası aşkarlandı

10:50 03.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xocavənd rayonunda narkotik plantasiyası aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Tədbir zamanı rayonun Binə kəndi ərazisində çəkisi 836 kiloqram olan 2352 ədəd çətənə kolu yandırılaraq məhv edilib.