Yazını böyüt
Yazını kiçilt
Xudat şəhər sakini Elşən Alimovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etdiyi müəyyənləşib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan hafta.az-a bildirilib ki, Xudat Polis Bölməsinin əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və o, yaşadığı ünvana geri qaytarılıb.
Faktla bağlı Xudat Polis Bölməsində araşdırma aparılır.