Yadigar Muradov vəziyyəti AĞIRLAŞDI

14:39 16.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun vəziyyəti ağırdır.

Hafta.az xəbər verir ki, bu barədə "Report"a aktyorun oğlu Yaşar Muradov məlumat verib. Onun sözlərinə görə, atasının müalicəsi Mərkəzi Klinik Xəstəxanada davam etdirilir:

"Təzyiqi düşüb, neçə gündür, qızdırması çox yüksəkdir. Hissiyyatı tamamilə itib".