Yanğına görə “Baksol” yolunda hərəkət məhdudlaşdırılıb

12:15 04.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədi rayonu ərazisində baş verən yanğın hadisəsi səbəbindən hazırda Binəqədi şosesi-“Baksol” yolu istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Hafta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

"Sürücülərdən alternativ yol olaraq Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yoldan istifadə etmək tövsiyə edilir", - deyə məlumatda qeyd olunub.