Yanıqlı kəndində 4 otaqlı ev yanıb

19:43 23.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuzda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Yanıqlı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli, 4 otaqlı evin 2 otağının tavanı və dam örtüyünün taxta atmaları 50 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.