Yaponiya Orta Asiyaya qurudan ticarət yolu axtarır

10:10 02.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaponiya Orta Asiya ölkələri ilə iqtisadi-ticarət əlaqələrini davam etdirmək üçün Rusiyadan yan keçəcək quru dəhlizi yaratmaq istəyir.

Hafta.az-ın Yaponiyanın “Tayms” qəzetinə istinadən yazdığına görə, yeni marşrut Mərkəzi Asiya ilə yanaşı Xəzər dənizi üzərindən keçməklə Avropanı birləşdirəcək.

Yaponiyanın baş naziri Fumio Kisidanın Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderləri ilə görüşü zamanı Mərkəzi Asiyaya yeni iqtisadi yardım paketini açıqlamağı planlaşdırdığı və səfərin əsas məqsədinin yeni iqtisadi yardım paketinin yaradılması olduğu bildirilib.

Kisidanın 9-12 avqust tarixlərində Qazaxıstana səfəri gözlənilir.