Yaponiyada fövqəladə vəziyyət elan edildi 

16:04 16.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaponiyada koronavirus pandemiyası ilə əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edilib.

Hafta.az-ın məlumatına görə, bu qərar parlamentdə müzakirə olunduqdan sonra hökumətin növbədənknar iclası zamanı açıqlanıb.

Bildirilib ki, fövqəladə vəziyyət mayın 6-dək davam edəcək.

Xatırladaq ki, Yaponiya baş naziri Şinzo Abe aprelin 8-də paytaxt Tokioda, Osaka şəhərində və digər 5 prefekturada fövqəladə vəziyyət elan etmişdi.

Bu günədək Yaponiyada 8 600-dən çox insan koronavirusa yoluxub, 178 nəfər bu virusdan həyatını itirib.