Bir neçə gün öncə redaksiyamıza Yasamal Rabitə Qovşağında 1 aya yaxındır ki, elektron növbə sistemi və məlumat monitorlarının işləməməsi barədə şikayət daxil olmuşdu. Şikayətə əsasən yaranmış nasazlıq sıxlığa səbəb olur və binada pandemiya qaydaları gözlənilmir.
Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən hafta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qovşaqda elektron növbə sistemini təmin edən “AKİS” aparatında nasazlıq yaranıb. Hazırda avadanlığın bərpa olunması üçün müvafiq işlər aparılır. Bundan başqa binada pandemiya qaydalarına tam riayət olunduğu deyildi:
“Yasamal Rabitə Qovşağında yerləşən “Şəbəkə” xidmət mərkəzində elektron növbə sisteminin işləməməsilə bağlı müraciətinizə “Azərpoçt” MMC-də baxılmışdır. Qeyd etmək istərdik ki, elektron növbə sistemini təmin edən “AKİS” aparatında nasazlıq yaranıb. Bununla əlaqədar olaraq texniki xidmət göstərən şirkətə məlumat verilib. Hazırda avadanlığın bərpa olunması üçün müvafiq işlər aparılır. Elektron növbə sisteminin işləmədiyi müddətdə növbənin pandemiya qaydalarına riayyət edilməklə təşkili üçün poçt məntəqəsinə əlavə işçi qüvvəsi cəlb edilib. Yaranan narahatlığa görə vətəndaşlarıdan üzr istəyir, göstərdikləri anlayışa görə təşəkkür edirik”.