Yasamalda avtomobil qaçırılıb

12:42 23.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 22-də Yasamal rayonu ərazisində yerləşən avtosalonların birindən üzərində dövlət qeydiyyat nişanları olmayan “Chevrolet” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən E.Həsənov avtomobillə birgə saxlanılıb.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.