Yasamalda içməli suyun verilişində fasilə yaranıb

22:51 23.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nasos stansiyasında baş vermiş nasazlıqla əlaqədar Yasamal rayonunun Şərifzadı, Zərdabi, A.Abbasov və N.Hikmət küçələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb.

Bu barədə hafta.az-a "Azərsu"dan bildirilib.

 

Məlumata əsasən, hazırda qəza-bərpa xidmətinin əməkdaşları nasazlığın aradan qaldırılması üçün ərazidə işləyir.