Yasamalda yanğın

16:59 09.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yasamal rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində məişət tullantılarının yanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb..