Yasamaldakı qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb

14:56 23.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Yasamal rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Hafta.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, avqustun 23-də paytaxtın Yasamal rayonu ərazisində 1988-ci il təvəllüdlü İradə Muradovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü Emin Ağacanovun aralarında yaranmış mübahisə zamanı tanışı İradə Muradovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Ağacanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Məlumatda bildirilib ki, Hazırda istintaq davam edir.