Yaşayış binasında yanğın olub

17:17 29.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeronda çoxmərtəbəlli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonda çoxmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin eyvanında ev əşyaları və taxta tullantıları 4 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 709