Yaşayış minimumu 246 manat olacaq - Sahil Babayev

17:46 17.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat təşkil edəcək.

 

Hafta.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən iclası zamanı hesabatında bildirib.

 

Onun sözlərinə görə, əmək qabiliyyətli əhali üçün bu məbləğ 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün isə 220 manat məbləğində müəyyən ediləcək.