Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu həbs edildi

20:02 16.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu və onun müavini, vəkil Mutvalı Şıxlinski barəsində həbs qətimkan tədbiri seçilib.

Hafta.az bildirir ki, Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

Leninski Rayon Məhkəməsi onu hakimiyyət nümayəndəsinə qarşı zorakılıq işi üzrə təqsirli bilib.

Mutvalı Şıxlinski iki ay müddətinə həbs edilib.