Yeniyetmə oğlan 4 gündür itkin düşüb

10:06 28.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yeniyetmə itkin düşüb.

Hafta.az xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində yaşayan 13 yaşlı Ataşov Kənan Ramin oğlu evdən çıxaraq, bir daha geri qayıtmayıb.

O, noyabrın 25-də saat 13 radələrində evi tərk edib.

Faktla bağlı Sabunçu RPİ 15-ci Polis Bölməsində araşdırma aparılır.