Yeniyetməni xilas edən MAXE özü də boğuldu

10:57 28.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünən Binəqədi rayonu Novxanı qəsəbəsində 2 nəfərin dənizdə boğularaq öldüyü hadisənin təfərrüatı məlum olub.

Hafta.az xəbər verir ki, Novxanı-Pirşağı yolunun kənarındakı ictimai çimərlikdə baş verən hadisə vaxtı dənizdə boğulan yeniyetmələrdən birini DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu xilas edib.

Belə ki, 2003-cü il təvəllüdlü MAXE Əliyev Rəvan Şahin oğlu boğulmaqda olan 16 yaşlı Sənan Şamayevi xilas edib. O, digər yeniyetmə - 16 yaşlı Cabbarov Əli Elşən oğlunu xilas edərkən hər ikisi suda boğulub.

Bildirilir ki, yeniyetmələr dənizə Sənanın atası ilə birgə gediblərmiş.

Faktla bağlı araşdırma aparılır.