Yerli sahibkarların böyük ziyanla üzləşmə ehtimalı var - Açıqlama

16:45 28.02.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Kənd təsərrüfatı məhsullarını Rusiyaya ixrac edən yerli sahibkarların böyük ziyanla üzləşmə ehtimalı var.

Bu fikirləri hafta.az-a iqtisadçı ekspert Fuad İbrahimov deyib.

“Bizim xaricə ixrac edilən kənd təsərrüfatı məhsullarımızın yüksək əksəriyyəti Rusiyanın payına düşür. İşləmək üçün xaricə üz tutan soydaşlarımızın da böyük əksəriyyəti Rusiyadadır. Onlar müxtəlif sahələrdə işləyir, Azərbaycana pul göndərirlər. Bilirsiniz ki, ölkəmizə göndərilən vəsaitlər dönərli valyuta üzərindən keçir. Rus rublunun ucuzlaşması ölkəmizə göndərilən dönərli valyuta miqdarını kəskin şəkildə azaltmış olacaq. Kənd təsərrüfatı məhsullarını rusiyaya ixrac edən sahibkarlar böyük ziyanla üzləşəcək”.

F.İbrahimov deyir ki, hazırkı vəziyyət bəzi məqamlarda ölkəmiz üçün yeni fürsətlər də yarada bilər:

“Rublun kəskin ucuzlaşması prosesində Rusiyadan bizə ixrac edilən bütün məhsullarda da ucuzlaşma baş verə bilər. Əgər qiymətlər bahalaşmasa ticarət dövriyyəsi Azərbaycan üçün əlverişli mühit də yarada bilər”.