“Yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sektorunun dəyişməsi” mövzusu ətrafında müzakirələr aparılır

13:53 18.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun növbəti panel iclası “Yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sektorunun dəyişməsi” mövzusuna həsr olunub.

Hafta.az xəbər verir ki, “Liberal Internasional”ın prezidenti Mərakeş Krallığının İqlim Dəyişikliyi üzrə sabiq xüsusi elçisi Hakima El Haitenin moderatorluğu ilə keçirilən panel iclasda “İqlim baxımından zərərsiz kənd təsərrüfatına hər yerdə ehtiyac vardır. Zəngin ölkələrin təcrübəsindən hansı dərslər öyrənilməlidir?”, “Dünya su sərfiyyatının təxminən 70 faizi kənd təsərrüfatının payına düşür. Dünyada bir çox ortaq çayın olduğuna və yağıntıların getdikcə daha da azaldığına görə hansı tədbirlər görülə bilər?”, “Ukrayna müharibəsi və ərzaq qiymətlərinə olan təsirlər nəzərə alınmaqla yerli, regional və beynəlxalq miqyasda anbar və bufer ehtiyatlarının rolu nə olmalıdır?”, “Dünyada meşə sahələrinin kəskin azalması ilə bağlı vəziyyət nə yerdədir?, Bəs əkinə yararlı sahələrin səhralaşması?”, “Qida tullantıları ilə bağlı ciddi problem yaşanmaqdadır. Bununla bağlı nə etmək mümkündür?”, “İKT, robot mühəndisliyi və süni intellekt inqilabını yoxsulların mənafeyi üçün ən yaxşı şəkildə necə istifadə edə bilərik?, Bəs yoxsulluq və aclığa qarşı mübarizədə yardım məqsədilə yeni bioloji vasitələrin səfərbər edilməsi?, Bəs balıqçılıq və su təsərrüfatı qeyd olunan problemlərin həllinə nə dərəcədə töhfə verə bilər?”, “Toxumların biomüxtəlifliyini, habelə qurduğumuz gen banklarını necə qoruyuruq?” kimi məsələlər ətrafında müzakirələr aparılır.

Siyasət rubrikasından digər xəbərlər