Zabratda qadın evində ölü tapıldı

20:55 11.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

Dünən saat 16 radələrində Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Ş.Paşayeva Zabrat qəsəbəsindəki evdə yıxılıb. Nəticədə o, baş nahiyəsindən aldığı xəsarətdən ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.