Zakir Həsənov Çin Mərkəzi Hərbi Şurasının sədr müavini ilə görüşüb

17:18 29.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 10-cu Pekin Syanşan Forumunun açılış ziyafətində iştirak edib.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən xəbər verilib.


Ziyafət çərçivəsində general-polkovnik Z.Həsənov Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik Can Yousia ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Siyasət rubrikasından digər xəbərlər