Zakir Həsənov Qazaxıstana rəsmi səfərə gedib

15:10 18.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə aprelin 18-də bu ölkəyə rəsmi səfər edib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır.

Siyasət rubrikasından digər xəbərlər