Zəfər Günü münasibətilə hərbi qulluqçuların yürüşləri təşkil olunub - VİDEO

14:20 08.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Yürüşlərdə hərbi orkestrlərin ifasında hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar səsləndirilib.

Siyasət rubrikasından digər xəbərlər