Zelenski gizli şəkildə atəş altındakı Luqansk vilayətinə gəldi - FOTO

19:34 20.06.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə Ukrayna prezidenti Vladimir Zelenski gizli şəkildə Luqansk vilayətinin son aylar işğalçı  Rusiya ordusunun daim atəş altında saxladığı Lisiçansk şəhərinə səfər edib.

Hafta.az xəbər verir ki,  bu haqda Ukrayna Ali Radasının “Xalqın xidmətçisi” fraksiyasından olan xalq deputatı Maryana Bezuqlaya “Facebook” səhifəsində məlumat paylaşıb.

 "Vladimir Zelenski Lisiçanskda. Bu yaxınlarda. Öz şəklidir." -deyə deputat yazıb.

“O, atəşə məruz qalan şəhərə xalqa və döyüşçülərə dəstək olmaq və  hər şeyi öz gözləri ilə görmək,  araşdırmaq üçün gizli şəkildə gəldi. Bizimlə bir yerdə oldu” -deyə Rada üzvü əlavə edib.

Daha əvvəl  deputat Bezuqlaya artıq bir neçə aydır ki, öz təşəbbüsü ilə döyüş bölgəsində işlədiyini bildirib.