Ukrayna prezidenti Volodomir Zelenski Yunanıstanın dövlət televiziyası ERT-də çıxışı zamanı Türkiyə haqqında danışıb.
Hafta.az türk mətbuatına istinadla bildirir ki, Zelenski yunan dilinə tərcümə edilən açıqlamasında, “Türkiyə bir tərəfdən vasitəçidir və mühüm addımlarla Ukraynanı dəstəkləyir. Ancaq digər tərəfdən Rusiya ilə bağlı turizm proqramları hazırlayır. Bu ədalətli deyil, bu ikili standartdır. Ona görə də Türkiyənin diqqətini bu cür imkanlara cəlb edirəm. Seçim edilməlidir. Bizimləsiniz, ya yox?" deyib.
Zelenski həmçinin bildirib: “Həm Türkiyədən, həm də Yunanıstandan dəstək görürük. Biz kömək alırıq və minnətdarıq. Bununla belə, hər iki ölkə üçün bəzi suallarımız var”.
Yalnız Ukraynanın nəzarətində olan bölgələrdə dağıdılan binalara və infrastruktur obyektlərinə dəymiş ziyanın 60 milyard dolları keçdiyini bildirən Zelenski, dövlətin 600 milyard dollar, özəl sektorun isə təxminən 1 trilyon dollar zərər çəkdiyini təxmin etdiyini söyləyib.