Zəlzələdən sonra 10-15 təkan qeydə alınıb - Qurban Yetirmişli

21:11 20.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şamaxıda baş verən zəlzələdən sonra bir neçə təkan olub.

Hafta.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, bu cür zəlzələdən sonra avtoşoklar olması normaldır: "Təkanlar zəifləməyə doğru davam edib. Bu, baş verməlidir ki, enerji boşalsın. Yəqin ki 10-15 təkan olub".

Q.Yetirmişli baş vermiş zəlzələnin digər ocaqlara da təsir göstərdiyini istisna etməyib: "Şamaxı seysmik cəhətdən aktiv zonadır. Tarixən orda güclü zəlzələlər baş verib. Təkanların enerji toplanmış digər zəlzələ ocaqlarına da müəyyən qədər təsiri ola bilər. Lakin inanmıram ki, dağıdıcı gücdə zəlzələ baş versin".