Zəngəzur dəhlizini ruslara verməyəcəyik – PAŞİNYAN PUTİNƏ QARŞI

17:51 10.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Zəngəzur dəhlizi olmayacaq. Bunu “Azatutyun” telekanalına müsahibəsində Ermənistan parlamentində hakim “Mülki müqavilə” fraksiyasının deputatı Qaqik Melkonyan Rusiyanın Azərbaycanla Naxçıvanı birləşdirən magistralda Federal Təhlükəsizlik Xidmətinin (FTX) qüvvələrini yerləşdirmək istəyini şərh edərkən deyib.

Melkonyanın sözlərinə görə, yollar və kommunikasiyalar açıla bilər, lakin onlar rusların yox, Ermənistanın nəzarətində olmalıdır.

Hökumətyönlü deputat xatırladıb ki, Rusiya tərəfi vaxtilə Yeqqnadzor və Cermuk yollarında bazalar qurub, Zəngəzura kifayət qədər çoxlu sayda hərbi qulluqçu göndərib və “bu ordu heç nəyə qarışmayıb”. Melkonyanın sözlərinə görə, bunun əksi baş verib: “2022-ci ilin sentyabrında Azərbaycan Cermuk, Vardenis istiqamətində hücuma keçib əraziləri ələ keçirəndə ruslar hücumdan 3-4 saat əvvəl bazalarını tərk ediblər”.

Siyasət rubrikasından digər xəbərlər