Zərdabda "Беларусь" yanıb

18:48 08.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zərdab rayonunun Qoruqbağı kəndində yanğın hadisəsi qeydə alınıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "Беларусь" markalı traktorun 2 ədəd qoşqusunun yanar hissələri və qoşquya yığılan 4,5 ton ot bağlamasının 3 tonu yanıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.