Zəvvarlara çağırış: Məscidül-Haramda yatmayın

09:08 07.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarlardan və dini ziyarətçilərdən qayda və göstərişlərə əməl etməklə Məkkədəki Məscidül-Haramda yatmaqdan çəkinmələrini xahiş edib.

Hafta.az-ın Saudigazette-yə istinadən yazdığına görə, bildirilib ki, zəvvarlar xüsusilə dəhlizlərdə, ibadət yerlərində, təcili tibbi yardım maşınlarının keçdiyi yollarda, əlilliyi olan şəxslərin əlil arabaları üçün ayrılmış cığırlarda uzanıb yatmaqdan çəkinməlidirlər.

Nazirlikdən onu da qeyd ediblər ki, zəvvarlar təşkilatçıların və işçilərin göstərişlərinə əməl etməklə yanaşı, bütün insanlarla xoş əxlaqla təmsil olunan Ümrə ədəbinə, həm də əməkdaşlığa həvəs göstərməlidirlər.

Qaydaların pozulmasının qarşısını almaq üçün Ümrə etmək istəyən hər bir şəxs Məscidül-Harama gəlməmişdən əvvəl Nusuk və ya Təvəkkəlna xidmətlərinin tətbiqi ilə Ümrə ziyarətinə icazə verməlidir.