XX Bakı Caz Festivalı çərçivəsində istedadlı gənc musiqiçilərin iştirakı ilə “I Am Jazzman” konserti keçirilib.
Hafta.az xəbər verir ki, ADA Universitetinin konsert zalındakı səhnədə Məhəmməd Allahverdiyev (piano), Mədinə Paşayeva (piano), Əli Nəsib (zərb alətləri), Ziya Əlişov (bas), Nicat Quliyev (piano), Orxan Quluzadə (piano), Lalə İsgəndərli (vokal), Savara Nəsib (vokal), Elton Saliyev (vokal) və digər musiqiçilər çıxış ediblər.
“I Am Jazzman” konserti ölkənin yeni nəsil caz musiqiçilərini təqdim edən ənənəvi kollektiv çıxışıdır. Konsertin iştirakçıları müxtəlif illərdə "I Am Jazzman” beynəlxalq müsabiqəsinin qalibləri və laureatları olmuş gənc musiqiçilərdir. Konsert 2006-cı ildən bəri gənc istedadların tanıdılması və dəstəklənməsi məqsədi ilə Bakı Caz Festivalı çərçivəsində keçirilir.