“Fələstini azad etməsi üçün Allaha dua edirik” - Yisroel Dovid Bays

10:20 31.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Neturei Karta” kimi tanınan Sionizmə Qarşı Yəhudilərin Beynəlxalq Təşkilatından ravvin Yisroel Dovid Bays, İsrail Dövlətinin qurucu ideologiyası olan sionizmi, fələstinlilərə qarşı zorakılıq və torpaq zəbtini dəyərləndirib.

Hafta.az-ın yazdığına görə, yəhudilik və sionizmi qarışdıran, bu mövzuda çaşqınlıq içində olanların çox olduğunu bildirən ravvin Bays: “İsrail dövlətinin ideologiyası olan sionizm özünü yəhudi dövləti kimi göstərməyə çalışır, lakin sionizm ideologiyadır və din olan yəhudiliklə heç bir əlaqəsi yoxdur. Onlar yəhudi dinini təmsil edirlər. Onlar Allahın adından danışdıqlarını və dünyada tam şəkildə Allaha bağlı olan yəhudi xalqının səsi olduqlarını iddia edirlər. Bu, sadəcə doğru deyil" deyib.

Bu vəziyyətə qarşı çıxanların "anti-semit" və ya "yəhudi xalqına və yəhudi dininə nifrət edənlər" kimi damğalandığını qeyd edən Vays, əslində yəhudilik və sionizmin diametral şəkildə ziddiyyət təşkil etdiyini vurğulayıb.

Sionizmin 1948-ci ildə fələstinlilərin məcburi köçə məruz qaldığı “Böyük Fəlakət”ə (Nəkbə) gətirib çıxardığını bildirən Bays, "Yəhudilik və sionizm yer və göy kimi ayrıdır, bir-birinə ziddir. Yəhudilik imanlılara təslim olmaq deməkdir. Sionizm isə istədikləri şeylərə sahib çıxmağa kömək edən ifrat millətçiliyin adıdır" deyə bildirib.

Tövratdakı “Öldürmə və oğurlama” əmrini xatırladan Bays, “Ölkəmizdə öldürmək və oğurluq açıq şəkildə haramdır. Ərəblərdən oğurluq edərək dövlətlərini qururlar” deyib.

Tövratın tələb etdiyi şükürün əhəmiyyətinə toxunan Bays, müsəlmanların hakim olduğu torpaqlarda yüz illərlə rifah içində yaşayan yəhudi xalqının müsəlmanlar tərəfindən qucaqlandığını ifadə edib.

Sionist ideologiyanın tez-tez "müsəlmanlar yəhudilərə nifrət edir" kimi düzgün olmayan arqumentindən istifadə etdiyinə diqqət çəkən Bays, "Müsəlmanlar və yəhudilər yüz illərdir bir yerdə yaşasalar da, sionistlər iddia edirlər ki, dövlətlərinin qarşı çıxmasının səbəbi müsəlmanların yəhudilərə nifrət bəsləməsidir. İsrail Dövləti "Tövratın tolerantlığına və qadağalarına hər baxımdan tamamilə zidd hərəkət edir" əlavə edib.

Baysın sözlərinə görə, dindar yəhudilər olaraq, fələstinlilərin və yəhudilərin bu qədər qanının tökülməsinə səbəb olan sionizmin dərhal aradan qaldırılması üçün hər gün Allaha dua edirlər: "Biz Allaha dua edirik ki, Fələstini tezliklə azad etsin. Fələstin azad olsun və dünya harmoniya içində Allaha xidmət etsin".

Yəhudilərin Tövratın əmrlərinə tabe olduqlarını, lakin sionizmdə belə bir itaətdən söhbət belə getmədiyini deyən Bays bildirib ki, onlar Tövratın və Şənbənin 10 əmrinə tabe olmurlar. Şənbə günü İsraildə hər şey həmişəki kimi davam edir.

“Yəhudi dövləti demələri tamamilə cəfəngiyyatdır, saxtakarlıqdır, zarafatdır. O dövlətin arxasında din deyil, ideologiya dayanır. Biri sionistlərə fəxrlə deyirdi ki, onlar demokratdırlar. Ərəblərə və müsəlmanlara qarşı necə rəftar etdiklərinə nəzər saldıqda, təbii ki, bunu söyləmək olduqca gülməlidir”, - Bays deyib.

Siyasət rubrikasından digər xəbərlər