Millimiz yarımfinal oyununa çıxacaq

14:50 03.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün yarımfinal oyununa çıxacaq.

Hafta.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi son Avropa çempionu Qazaxıstan yığması üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, qrupda İraq (2:0), Misir (4:1) və Küveytə (3:1) qalib gələn Azərbaycan millisi 1/8 finalda Portuqaliya (3:0), 1/4 finalda isə Bolqarıstanı (3:1) mübarizədən kənarlaşdırıb.

3 noyabr

 

Minifutbol, dünya çempionatı

Yarımfinal mərhələsi

20:30 Azərbaycan - Qazaxıstan