“Paşinyan çərçivə sazişi ilə Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir”- Politoloq

18:19 18.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Çərçivə sazişi” baş aldatmaqdır. Bizə elə bir sülh sazişi lazımdır ki, orada birmənalı olaraq vurğulansın ki,  Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır, Qarabağ Azərbaycan ərazisidir”.

Bunu hafta.az-a politoloq Elxan Şıxəliyev Ermənistan baş naziri Nikol Paşinyanın  sülh müqaviləsinə dair Azərbaycanla “çərçivə sazişi” təklifinə açıqlamasında bildirib.

Politoloq hesab edir ki, Paşinaynın “çərçivə sazişi” heç bir əhəmiyyət kəsb etmir və Azərbaycan  heç vaxt ona getməz.

“Ermənistan kiməsə ümid edib əsas mövzulardan qaçmağa çalışır, prosesi ləngidir. Ona görə də düşünürəm ki, ilin sonuna qədər sülh sazişi imzalanmayacaq. Çünki  Ermənistan Sülh sazişinin mətnini hazırlayacaq işçi qrupunu formalaşdırmayıb, sərhədlərin müəyyənləşməsi, dəhliz  məsələsi yerində sayır. Belə olan halda irəliləyiş olmayacaq və gərginlik artacaq. Təbii ki, Ermənistanın təklif etdiyi “Çərçivə sazişi” heç bir halda çıxış yolu ola bilməz. O amorf bir  sənəd olacaq. Paşinyan çərçivə sazişi ilə Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir”.