Rayonlarında baş vermiş qəzalarda 22 avtomobilə ziyan dəyib

13:53 10.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 9-da qarlı hava şəraiti ilə bağlı şimal rayonlarının yollarında ümumilikdə 11 yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, Qubada altı, Qusarda iki, Xaçmazda isə üç yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtoqəzalar nəticəsində ümumilikdə 22 avtomobilə zərər dəyib. Hadisələr nəticəsində xəsarət alan olmayıb.