Yazını böyüt
Yazını kiçilt
Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə “Şuşa ili”nə həsr olunmuş “ Şuşa – Qəhramanlıq yaddaşımız” – gənclər arasında vətənpərvərlik ruhunun yüksədilməsi proqramı layihəsi çərçivəsində 11-12 aprel 2023-cu ildə tədbirlər təşkil edib.
Layihənin əsas mahiyyəti, gənclərin Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli hadisələrindən biri olan Şuşa şəhərinin işğaldan qəhrəmancasına azad edilməsi mövzusunda,vətənpərvərlik ruhunu artırmaq məqsədi ilə, seminar və praktik məşğələlər keçirməkdir. Onları Şuşa şəhərinin mədəni-iqtisadi potensialı, tarixi irsi, mədəni abidələri haqqında ətraflı məlumatlandırmaqdır.