Türkiyədən gəlib Bakıda fəhlə işlədi, binadan yıxılaraq öldü

19:19 20.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda fəhlə işləyən Türkiyə vətəndaşı binadan yıxılaraq ölüb.

Bu barədə Yasamal Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, dekabrın 20-i saat 15 radələrində Yasamal rayonu, H.B.Zərdabi prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında fəhlə işləyən Türkiyə Respublikasının vətəndaşı Yusuf Yıldızın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, Yusuf Yıldız binanın 2-ci mərtəbəsində aparılan təmir-tikinti işləri zamanı yıxılmış və nəticədə almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.