Vaşinqton görüşləri ilə bağlı erməni müxalifətinin Paşinyana qarşı etirazları və əsassız hay-küyləri davam edir.
Hafta.az bildirir ki, "Mənim şərəfim var" müxalifət blokunun parlament fraksiyasının rəhbəri Hayk Mamicanyanın sözlərinə görə, İrəvanın iddia etdiyi kimi «Xankəndi ilə Bakı arasında birbaşa dialoq» separatçıların maraqlarından irəli gələ bilməz:
“Azərbaycan əvvəlcədən bəyan etdi ki, dialoq ancaq Qarabağ ermənilərinin rinteqrasiyası ilə bağlı ola bilər. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bu mövqeyi dəyişdirə bildiyinə inanmaq sadəlövhlükdür”, - deyə Mamicanyan çərşənbə axşamı jurnalistlərə bildirib.
“Hakim elita Ermənistanın Qarabağda təmsil olunmaması və İrəvanın bu məsələyə heç bir aidiyyatı olmadığı tezisini daim irəli sürür”, - deyə parlamentari qeyd edib.
O qeyd edib ki, bu bəyanatlar yalnız Ermənistan hakimiyyətinin “Qarabağdan əllərini yuduğunu” təsdiqləyir.
"İndi danışıqlar masasında Qarabağın Azərbaycanın bir hissəsi olduğunu əks etdirən qərar var ", - deputat bildirib.