Bakıda 3-cü mikrorayon ərazisində baş verən yanğın söndürülüb.
Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən hafta.az-a verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
***
Bakıda yanğın baş verib.
Hafta.az-ın məlumatına görə, hadisə 3-cü mikrorayon dairəsi yaxınlığında qeydə alınıb.
Yanğın adıçəkilən ərazidə ərzaq mağazalarının birində baş verib. Hadisə yerinə FHN əməkdaşları cəlb olunublar.