"AstraZeneca" aşısı vurduran iki nəfər dünyasını dəyişdi

11:25 22.07.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avstraliyada iki nəfər "AstraZeneca" aşısı vurulandan sonra dünyasını dəyişib.

Hafta.az-ın yazdığına görə, bu barədə məlumatı ölkənin müstəqil tibb qurumu olan Terapotik Məhsullar İdarəsi (TGA) yayıb. Məlumatda deyilir ki, aşının ilk dozasını vurduran Tasmaniya əyalətində yaşayan 44 yaşlı bir kişi ilə Viktoriya əyalətinin sakini, 48 yaşlı bir qadın qan pıhtalaşması səbəbilə dünyaalrını dəyişib. 

Məlumat üçün bildirək ki, indiyədək Avstraliyada 6,1 milyon vətəndaşa məhz "AstraZeneca" aşısı vurulub. İlk gündən indiyədək isə aşıdan sonra qan pıxtalaşması səbəbindən toplam 6 nəfər vəfat edib.

Ümumiyyətlə, bu günədək Avstraliyada 32417 nəfər koronavirusa yoluxub, onlardan 915 nəfəri dünyasını dəyişib. 

Oxunma sayı 1710