"Azərbaycandakı Çin vətəndaşları ölkəsinə necə qayıda bilər? - AÇIQLAMA

15:55 29.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

 Son məlumatlara görə, Çində dekabrın sonlarında yayılan koronavirusa təxminən 6 min insan yoluxub, onlardan 132-si dünyasını dəyişib.

Bundan əlavə, Tailand, Avstraliya, Sinqapur, Yaponiya, ABŞ, Fransa və Almaniya da daxil olmaqla bir sıra ölkələrdə virusa yoluxma halları qeydə alınıb. Bu təhdidlə bağlı Azərbaycan da bir sıra önləyici addımlar atıb. Artıq Azərbaycandan bu ölkəyə umuşlar dayandırılıb. 

Bu qərarla bağlı bir sıra çətinliklər ortaya çıxıb. Belə ki, hazırda Azərbaycanda olan Çin vətəndaşlarının öz ölkələrinə hansı yollarla qayıda biləcəyi müzakirə edilir.

“Azərbaycan Hava Yolları”nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski hafta.az-a açıqlamasında dedi ki, AZAL fevral ayında planlaşdırılmış uçuşları dayandıracağını elan edib: “Bir də mart ayında AZAL tərəfindən birbaşa reyslər açılacaq. Ona görə də uçuşlar hələ ki, birbaşa həyata keçirilmir. Çin vətəndaşları da birbaşa ölkələrinə uça bilməzlər”.