"Azərişıq"dan qəza ilə bağlı məlumat

16:29 17.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xırdalan yarımstansiyasında baş verən qəza ilə bağlı "Azərişıq" ASC açıqlama yayıb.

ASC-dən hafta.az-a daxil olan məlumatda deyilir:

"Bu gün günorta saatlarında Xırdalan yarımstansiyasında qısaqapanma nəticəsində qəza baş verib və qəza nəticəsində ərazidə elektrik enerjisi təchizatında problem yaranıb. Hadisədən dərhal sonra əraziyə qəza xidməti cəlb edilib və qısa zamanda qəzanın nəticələri aradan qaldırılıb. Bu müddət ərzində isə alternativ xətlə abonentlərin elektrik enerjisi təchizatı bərpa edilib".