"Beşiktaş"ın sabiq futbolçusu vəfat etdi 

18:00 24.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nigeriya millisinin və “Beşiktaş”ın sabiq futbolçusu Maykl Eneramo vəfat edib.

Hafta.az xəbər verir ki, bu haqda Nigeriya Futbol Federasiyası məlumat yayıb.

40 yaşlı veteran futbolçunun ürəktutmasından dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Maykl Eneramo Nigeriya millisinin heyətində 10 oyunda 3 qolla yadda qalıb. O, 2018-ci ildə peşəkar futbolla vidalaşıb.