"BioNTech" vaksin satmaqla sərvətini 676 dəfə artırdı

18:35 02.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın BioNTech firması 2021-ci ilə dair maliyyə uğurlarını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, pandemiyadan öncə - 2019-cu ildə 179,2 milyon avro zərərlə üzləşmiş şirlət, 2020-ci ildə nəinki qeyd olunan zərəri aradan qaldırıb, hətta 15,2 milyon avro təmiz gəlir əldə edə bilib. Bir il sonra - 2021-ci ildə isə koronavirus əleyhinə vaksinləri satışa çıxarmaqla tam 10,3 milyard avro gəlir götürüb. Beləliklə, BioNTech şirkəti bir il ərzində gəlirlərini 676 dəfə artıra bilib. 

Qeyd edək ki, "BioNTech"in büdcəsi 2019-cu ildə 108,6 milyon avro, 2020-ci ildə 482,3 milyon avro idisə, bu rəqəm 2021-ci ildə sürətli artımla 19 milyard avroya yüksəlib.

Xatırladaq ki, "BioNTech" 2022-ci ildə 2,4 milyard ədəd "Kovid 19" aşısı sifarişi alıb və buradan 13 -17 milyard avro arasında gəlir götürəcəyini ehtimal edir.

Bu arada, ABŞ-ın Nasdaq hərracında və Almaniyanın Frankfurt hərracında hissələri qiymətləndirilən "BioNTech"in bazar dəyəri hazırda 42,4 milyard dollar səviyyəsində hesablanılr. "Bloomberg"in məlumatına əsasən, "BioNTech"də 18 faizlik paya sahib olan türk professor Uğur Şahinin sərvəti də hazırda sürətlə artaraq 7,6 milyard dollar səviyyəsinə qalxıb və beləliklə, o, dünyada ən varlı türk ünvanını alıb.

Uğur Şahin hazırda dünyada 500 ən varlı insanın siyahısında 323-cü sırada yer alan yeganə türkdür.