"Ermənistanla Azərbaycan arasında tezliklə yeni müharibə olacaq" - Rusiyalı politoloq

18:37 03.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Danışıqlara, birgə bəyanatlara, hətta razılaşmalara baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsi davam edəcək. Hafta.az bildirir ki, bu fikri politoloq və tarixçi Qriqori Mironov deyib.

“Sülh yolu ilə nizamlanmaya dair hər hansı bəyanatlara və hətta razılaşmalara baxmayaraq, Ermənistanla Azərbaycan arasında silahlı münaqişə qaçılmazdır. Xatırladım ki, Bakı İsraildən, bir çox Avropa ölkələrindən külli miqdarda silah alıb və o, anbarlarda qalmayacaq. Bunun üçün külli miqdarda vəsait xərclənib. İrəvan da fəal şəkildə müharibəyə hazırlaşır”, - analitik bildirib.

Ekspert əmindir: eskalasiya yalnız vaxt məsələsidir. Cənubi Qafqazda münaqişə potensialı hələ də çox yüksəkdir: tərəfləri mövcud vəziyyətdən qane etmir.

“İndi bir çox geosiyasi oyunçu gələcək münaqişənin iştirakçılarına çevrilib. Türkiyə Bakını hərbi cəhətdən dəstəkləyir, amerikalılar Yerevanla Moskvanın qarşıdurmasına nail olmağa çalışırlar. Rusiya qərbyönlü Nikol Paşinyanla danışıqlar aparmağa çalışır. Amma Rusiyanın Ermənistanı KTMT vasitəsilə müdafiə etməsi bir çox suallar doğurur, çünki bizim diqqətimiz Ukraynaya yönəlib... Yaxın vaxtlarda yeni Ermənistan-Azərbaycan silahlı münaqişəsinin baş verməsi riski çox yüksəkdir ”, - ekspert bildirib.