"Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər” adlı təlim başlayıb - FOTO

12:19 28.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bu gün Lənkəranda kütləvi informasiya vasitələrinin nümayəndələri üçün nəzərdə tutulan “Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər” mövzusunda təlim start götürüb.

Hafta.az xəbər verir ki, təlimdə iştirak edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov açılış nitqi ilə çıxış edib.

Sədrin birinci müavini bildirib ki, son 10 ayda gömrük sistemi sahəsində böyük uğurlar əldə olunub: “Bu gün gömrük sistemi ilə bağlı gündəm dəyişib. Belə ki, indi Dövlət Gömrük Komitəsinin blokçeyn texnologiyasının tətbiqinə və “Elektron növbə” sisteminin təqdimatına başlamasından, eləcə də vətəndaş-məmur münasibətlərinin sıfıra endirilməsindən danışılır”.