"Göyçə-Zəngəzur Respublikası"nın elan edilməsi təxribatdır - Ekspert

15:48 21.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş AXC-nin hüquqi varisidir və bu mütləq qərb sərhədlərimizin delimitasiyası zamanı nəzərə alınacaq”.

Bunu hafta.az-a hərbi təhlilçi Alp Arslan İmamqulu Ermənistanın sərhəddə törətdiyi təxribatlara Azərbaycan ordusunun “Qətiyyətli cavab”ından sonra ermənilərin yaratdığı səs-küy, eləcə də daxildə bəzi qruplar tərəfindən "Göyçə-Zəngəzur Respublikası" elan olunması və digər məsələlərlə bağlı yaranan mübahisəli nüanslara diqqət çəkərkən bildrib.

Hərbi təhlilçi hesab edir ki, regionda mövcud gərginlik kontekstində bir də "Göyçə-Zəngəzur Respublikası"nın elan edilməsi Azərbaycana və onun tarixinə qarşı xarici düşmən qüvvələrin növbəti təxribatıdır.

 “Bu elanı verənlər tariximizi qətiyyən bilmirlər. Bu, baş verən son proseslər zəminində dövlətimizə qarşı atılmış düşünülmüş addımdır.

Əgər yeni bir dövlət qurulucaqsa bu Azərbaycanın varis olaraq haqqı olan ərazilərdə qurulmalı deyil. Bəhs olunan ərazilər Azərbaycanın itirilmiş və bərpa olunacaq torpaqlarıdır”.

Oxunma sayı 2381
Gündəm rubrikasından digər xəbərlər